6 C
Baku
Saturday, December 14, 2024

Azərbaycana idxal edilən bu avtomobillərə əlavə güzəştlər edilə bilər – VİDEO

Hazırda ölkəyə idxal edilən və istehsal tarixi 3 ildən yuxarı, mühərrik həcmi isə 2500 kub/santimetrdən çox olmayan hibrid avtomobillərə əlavə güzəştlərin edilməsi üçün təkliflər hazırlanır.

Banker.az “Xezerxeber”ə istinadən xəbər verir ki,  bunu ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, hazırda idxal zamanı ƏDV-dən azad edilən bu kateqoriya avtomobillər üçün başqa güzəştlər də tətbiq oluna bilər.

Müşavir həddindən artıq köhnə olan avtomobil parkından da danışıb. Onun sözlərinə görə, ölkədəki avtomobillərin 80 faizindən çoxunun yaşı 10 ildən çoxdur. Təmiz ekologiyaya sahib olmaq və avtomobil parkının yenilənməsi üçün utilizasiya proqramı hazırlanıb. Yaxın vaxtlarda bu layihənin icrasına başlanacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Son xəbərlər
Digər xəbərlər