8 C
Baku
Monday, December 22, 2025

Azərbaycana idxal edilən bu məhsullar gömrük rüsumundan azad edildi

Azərbaycana idxal edilən rəqəmli qəbuledici (çevirici) qurğular (dekoderlər) gömrük idxal rüsumuna cəlb olunmayacaq.

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarında dəyişiklik edilməsi barədə” qərarında əksini tapıb.

Bu qərar imzalandığı gündən qüvvəyə minir və 1 (bir) il müddətində qüvvədədir.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarında dəyişiklik edilməsi barədə” 31 avqust 2016-cı il tarixli 324 nömrəli qərarına əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqedici sənədinə əsasən, DVB-T və DVB-T2 standartına uyğun rəqəmli televiziya yayımı üçün avadanlıqlar və onlara aid ötürücü anten fider sistemləri 3 il müddətində gömrük idxal rüsumundan azad edilib.

APA

Son xəbərlər
Digər xəbərlər