10 C
Baku
Friday, December 13, 2024

Azərbaycana idxal olunan 24 tondan artıq mühərrik yağı “saxta” çıxdı – Fotolar

Dövlət Gömrük Komitəsinin (DGK) Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən aparılan araşdırma zamanı sahibkar Fərzəliyev Sabir Təvəl oğlu tərəfindən idxal edilən mallar barədə gömrük orqanına səhv məlumatlar verildiyi, gömrük rəsmiləşdirməsi prosesində uyğunsuzluqlar olduğu aşkar edilib.

Banker.az xəbər verir ki, bununla bağlı DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Belə ki, gömrük orqanına təqdim edilən gömrük bəyannaməsində idxal olunan 24 ton 196 kq mühərrik yağının mənşə ölkəsinin Türkiyə Respublikası olduğu qeyd edilib.

Lakin 99KS785/99ZC785 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində olan mallara gömrük baxışı keçirilən zaman “Japan Oil 5w30 SP 1 litr”, “Japan Oil 5w30 SP 5 litr”, “Japan Oil 0w20 SP 4 litr” adlı mühərrik yağlarının üzərində Yaponiyaya məxsus bayraq, atributlar, ştrix kod, müvafiq sənədlərdə isə təhrif olunmuş məlumatların olduğu müəyyənləşdirilib.

Aşkar edilmiş faktla bağlı müvafiq tədbir görulüb, həmçinin istehlakçıların hüquqlarının müdafiəsi və  haqsız rəqabətin qarşısının alınması məqsədilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məlumat verilib.

d5cca75f19ec43ddb40ad666597f9d471e25decf6259dc8f06f45e90a5450037

 

Son xəbərlər
Digər xəbərlər