Azərbaycanın 2025-ci ilin ilk iki ayı ərzində mühərrik benzini idxalında ciddi artım qeydə alınıb və qiymətləri düşüb.
Banker.az xəbər verir ki, 2025-ci ilin yanvar-fevral aylarında 95 oktanlı mühərrik premium benzinlərinin idxalı 20 992 ton təşkil edib. Bu məhsulların dəyəri isə 17.93 mln. ABŞ dolları olub.
Müqayisə üçün, 2024-cü ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 12 375 ton və 11.76 mln. dollar səviyyəsində idi. Beləliklə, həm həcmi, həm də dəyəri baxımından idxalda təxminən 70%-ə yaxın artım qeydə alınıb.
Digər bir göstərici isə oktan ədədi 92 oktanlı (Aİ-92) mühərrik benzinlərinə aiddir. 2025-ci ilin ilk iki ayında idxal 40 878 ton təşkil edib, dəyəri isə 31.72 mln. dolları olub. Halbuki 2024-cü ilin müvafiq dövründə bu göstəricilər cəmi 8 772 ton və 7.02 mln dollar idi. Bu da illik müqayisədə təxminən 4.5 dəfəlik artım deməkdir.
2025-ci ilin yanvar-fevral ayları ərzində Aİ-95 mühərrik benzini idxalında aparıcı ölkələr aşağıdakılar olub:
Rusiya – 12,713.45 ton, 11,125.92 min ABŞ dolları
Rumıniya – 4,911.23 ton, 4,007.81 min ABŞ dolları
Belarus – 1,967.15 ton, 1,626.74 min ABŞ dolları
Bolqarıstan – 1,400.24 ton, 1,173.08 min ABŞ dolları
Keçən ilin eyni dövründə 95 oktanlı $854 olub. Bu isə öncəki ildə qeydə alınan $950-dən $96 ucuz olub.
Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Avro-5 keyfiyyət göstəricilərinə uyğun daxili istehsal olunan “Aİ-95” markalı avtomobil benzininin 1 litrinin qiymətinin iyulun 15-dən bazarın konyukturasına uyğun olaraq, 0.40 manat ucuzlaşaraq 1.60 manata endirilib.