2022-ci ilin yanvar-avqust dövründə (8 ayda) Azərbaycana 193 milyon 478 min dollar dəyərində 539 332 ton buğda idxal edilib.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan buğdanın miqdarı 12%, dəyəri isə 58% artıb. İdxal olunmuş hər 1 ton buğdanın orta statistik dəyəri 359 dollar təşkil edib.
2021-ci ilin 8 ayında Azərbaycana 122 milyon 246 min dollar dəyərində 480 min 961 ton buğda idxal edilmişdi. 1 ton buğdanın orta statistik dəyəri 254 dollar təşkil etmişdi.
1 ton buğdanın orta statistik dəyəri ötən ilin 8 ayı ilə müqayisədə 2022-ci ilin 8 ayında 105 dollar artıb.