2026-cı ilin yanvar-fevral ayında Azərbaycan 257 269.35 ton buğda idxal edib.
Banker.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu həcmdə buğdanın dəyəri 57 milyon 896 min ABŞ dolları təşkil edib.
2025-ci ilin ilk iki ayında isə Azərbaycana 40 milyon 496 min dollar dəyərində 187 569.73 ton buğda idxal edilmişdi.
Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 37%, dəyər baxımından isə 43% artıb.







