Azərbaycana gələn Hindistan vətəndaşlarının sayında kəskin artım müşahidə edilməkdədir.
Banker.az xəbər verir ki, 2024-cü ilin ilk on bir ayında Cənubi Asiya ölkəsindən Azərbaycana 214.71 min vətəndaş səfərə gəlib və bunun da 97 faizdən çoxu və ya 208.8 min nəfəri sırf turizm məqsədi ilə səfər edənlərdir. Sırf istirahətə gələn hindistanlıların sayı 196 min nəfərdən çoxdur. Bu da illik müqayisədə ikiqat yüksəlişdir.
Turizim məqsədi ilə gələnlərin 60 faizi və ya 125.8 min nəfərini kişi, 40 faizi və ya 83 min nəfərini qadın təşkil edib.
Onların böyük hissəsi Bakı, Qəbələ və Qubada gecələyiblər.
Hindistanlılar hansı şəhəərlərdə gecələyib? | |
Şəhər/rayon | Say |
Bakı | 550347 |
Qəbələ | 48997 |
Quba | 48566 |
Qusar | 40860 |
Şəki | 25052 |
Şamaxı | 19708 |
İsmayıllı | 13281 |
Lənkəran | 8610 |
Naftalan | 5923 |
Xaçmaz | 5350 |
Zaqatala | 4042 |
Şabran | 4035 |
Gəncə | 3670 |
Qax | 3181 |
Hindistanlılar Rusiyadan sonra Azərbaycanda ən çox xərc çəkmiş turistlərdir. Bu ölkədən gələn turistlər 461.8 milyon manat xərc çəkiblər və bu da illik 123 faiz artımdır.