18 C
Baku
Sunday, September 8, 2024

Azərbaycana ikinci ən çox valyuta gətirən turistlər Hindistandandır

– Üçüncü sırada olan Türkiyəni 3 dəfə üstələyir

Azərbaycana əyləncə və istirahət məqsədi ilə gələn turistlər arasında hindistanlıların payı artmaqdadır.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin ilk yarısında Hindistandan 117.3 min turist Azərbaycana səfər edib və bunların da 111.8 mini istirahət və əyləncə məqsədi ilə gələnlərdir. Bu turistlərin hamısı təyyarə ilə ölkəyə gəliblər.

Hindistanlı turistlər son statistik göstərici ilə Azərbaycana qonşu olan İran, Türkiyə və Gürcüstandan olan turistləri xeyli üstələyərək yalnız Rusiya Federasiyasından geri qalır.

2024-cü ilin ilk yarısında Azərbaycana gələn turistlərin sıralaması beləedir:

  1. Rusiya Federasiyası – 170 932
  2. Hindistan – 111 839
  3. Türkiyə – 44 245

Statistik göstəricidən göründüyü kimi, Cənubi Asiya ölkəsindən gələn turistlər qonşu Türkiyədən gələnləri düz 2.5 dəfə geridə qoyub.

Keçən ilin eyni dövründə Hindistandan gələn turistlərin sayı öncəki illə müqyaisədə 69 564 nəfər və ya 165% artıb. Keçən ilin eyni dövründə bu ölkədən Azərbaycana 42 275 turist gəlmişdi.

Hindistanlı turistlər ölkəmizdə xərc baxımından da ən çox valyuta gətirənlər sırasındadırlar. Məsələn, keçən ilin altı ayında bu şəxslər 84.33 milyon manat xərcləyərkən, cari analoji dövrdə bu rəqəm 254.13 mln. manata yüksəlməklə yalnız Rusiyadan geri qalır.

Lakin bunu da xatırlatmalıyıq ki, Azərbaycanda pandemiya ilə əlaqədar olaraq son 4 ildə quru sərhədlər bağlı qaldığından qonşu ölkələrdən gəliş-gediş düşüb.

t1

345345353

Son xəbərlər
Digər xəbərlər