21 C
Baku
Tuesday, October 14, 2025

Azərbaycana investisiya qoyuluşu artıb

2025-ci ilin yanvar-sentyabr aylarında əsas kapitala 13048,1 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,0 faiz çox investisiya yönəldilmişdir.

Banker.az DSK-ya istinadən xəbər verir ki, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 11,5 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 7,0 faiz artmışdır.

İstifadə olunmuş investisiyanın 6647,6 milyon manatı və ya 51,0 faizi məhsul  istehsalı  sahələrinə, 4298,5 milyon  manatı (32,9 faizi) xidmət sahələrinə, 2102,0 milyon manatı (16,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.

Əsas kapitala yönəldilmiş investisiyaların 10057,3 milyon manatını və ya 77,1 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 10280,2 milyon manatı və ya 78,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Son xəbərlər
Digər xəbərlər