23 C
Baku
Saturday, June 8, 2024

Azərbaycana investisiya qoyuluşunda əsas ölkələr açıqlandı

Türkiyə sərmayədarları 4-cü yer alıb.

2014-cü ilin yanvar-iyun aylarında xarici mənbələrdən əsas kapitala 2233,1 milyon manat vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici investisiyaların həcmi 20,7 faiz artıb.

Belə ki, ötən ilin birinci yarısında bu göstərici 1 850,1 milyon manat təşkil edib.

Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsaitin 1794,1 milyon manatı (80,3 faizi) Böyük Britaniya, Norveç, ABŞ, Türkiyə, Yaponiya və Fransa sərmayədarlarına məxsus olub.

Belə ki, 697 531,2 min manat Böyük Britaniya, 399 244,9 min manatla Norveç, 216 982,3 min manatla ABŞ ilk üçlükdə sıralanıb. Türkiyə sərmayədarlarının Azərbaycana qoyduqları sərmayenin həcmi isə 209 579,9 min manat olmaqla 4-cü sırada yer alıb.

Qeyd edək ki, bu müddətdə ölkədə inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7625,9 milyon manatlıq, yaxud 2013-cü ilin müvafiq dövründəkindən 3,4 faiz çox vəsait yönəldilib.

Oxu.az

Son xəbərlər
 ⁠
Digər xəbərlər