2021-ci ilin sonuna Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı açıqlandı.
Banker.az-a Dövlət Statistika Komitəsindən bildirilir ki, 1 yanvar 2022-ci il tarixə ölkədə 7 698 nəfər bu məqsədlə çalışan işçilər olmuşdur.
Bu da öncəki ildən 46%, pandemiyadan öncəki ildən isə 41% çoxdur.
4000 nəfətə yaxını yaxud 51.6% tikintidə çalışanlardır.
| Sektor | Sayı, nəfər | Payı |
| Tikintidə. | 3,972 | 51.6% |
| Mədənçıxarma sənayesində. | 985 | 12.8% |
| Emal sənayesində. | 547 | 7.1% |
| Turistlərin yerləşdirilməsi və ictimai iaşə. | 400 | 5.2% |
| Ticarət; nəqliyyat vasitələrinin təmiri. | 308 | 4.0% |
| Təhsil və | 308 | 4.0% |
| digər | 1,178 | 15.3% |
| CƏMİ | 7,698 | 100.0% |









