2021-ci ilin 8 ayında Azərbaycana 50 milyon 112 min dollar dəyərində 9 min 942 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2021-ci ilin 8 ayında kərə yağı və süddən hazırlanmış digər yağların idxalı miqdar ifadəsilə 15%, dəyər ifadəsilə 13.5% azalıb.
2020-ci ilin yanvar-avqust aylarında Azərbaycana 57 milyon 918 min dollar dəyərində 11 min 702 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilmişdi.