Azərbaycana kərə yağı idxalı ucuzlaşıb

2021-ci ilin 7 ayında  Azərbaycana 44 milyon 916 min dollar dəyərində 9 min 51 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2021-ci ilin 7 ayında  kərə yağı və süddən hazırlanmış digər yağların idxalı miqdar ifadəsilə 12%, dəyər ifadəsilə 12% azalıb.

2020-ci ilin yanvar-iyul aylarında Azərbaycana 50 milyon 957 min dollar dəyərində 10 min 300 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilmişdi.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər