16 C
Baku
Friday, April 26, 2024

Azərbaycana kondisioner idxalı 20% artıb

Yanvar-iyul aylarındaAzərbaycana kondisioner idxalı 20% artıb

2018-ci ilin yanvar-iyul aylarında Azərbaycana kondisioner idxalı 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,2% – 99,185 min ədədə qədər artıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

“Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri $23 mln. 810,4 min məbləğində qiymətləndirilir (2017-ci ilin yanvar-iyul ayları ilə müqayisədə artım 32%)”, – məlumatda bildirilir.

Yanvar-iyul aylarında Azərbaycana $36 mln. 444 min (azalma 8,9%) dəyərində 227,9 min ədəd (artım 4,1%) hesablama maşını, blok və qurğusu idxal olunub.

Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 29,2% – 91,997 min ədədə qədər artıb. İdxalın ümumi dəyəri $16 mln. 404,5 min (artım 40,6%) təşkil edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər