Azərbaycana məxsus 5 gəmi Aİ-nin sanksiya siyahısından çıxarılıb – FOTO

Avropa İttifaqı Şurasının 23 aprel 2026-cı il tarixli müvafiq qərarı ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Zaqatala” gəmisi, eləcə də ASCO ilə SOCAR-ın birgə müəssisəsinə məxsus “Şuşa”, “Qarabağ”, “Xankəndi” və “Zəngəzur” gəmilərinə tətbiq edilmiş sanksiyalar ləğv olunub. Qərara əsasən, sözügedən gəmilər Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb.

ASCO-dan   verilən məlumata görə, məsələnin müsbət həlli Azərbaycan Respublikası Prezident Administrasiyası, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, AZCON Holding şirkətlərindən olan ASCO, eləcə də SOCAR tərəfindən koordinasiyalı şəkildə həyata keçirilmiş diplomatik və hüquqi fəaliyyət nəticəsində mümkün olub.

Qeyd edək ki, sözügedən gəmilər çarter müqavilələri əsasında üçüncü tərəflərə uzunmüddətli icarəyə verilmiş, onların istismarı isə beynəlxalq qaydalara, o cümlədən beynəlxalq sanksiya tələblərinə tam uyğun şəkildə həyata keçirilmişdi. Qəbul olunmuş qərar beynəlxalq hüquq normalarına əsaslanan obyektiv yanaşmanın və konstruktiv dialoqun nəticəsi kimi qiymətləndirilir.

ASCO gəmiçilik sahəsində beynəlxalq fəaliyyət göstərən dövlət şirkəti kimi bundan sonra da fəaliyyətini ölkə qanunvericiliyinə, beynəlxalq hüquq normalarına və beynəlxalq sanksiya rejimlərinə ciddi riayət etməklə davam etdirəcək.

69eb02c50b43369eb02c50b434177700934969eb02c50b43169eb02c50b432 69eb057c9d3e669eb057c9d3e7177701004469eb057c9d3e369eb057c9d3e5 1 69eb057c8a92b69eb057c8a92c177701004469eb057c8a92869eb057c8a92a 1 69eb057c7455f69eb057c74560177701004469eb057c7455b69eb057c7455d 69eb057cb1b8569eb057cb1b86177701004469eb057cb1b8369eb057cb1b84 69eb057c9d3e669eb057c9d3e7177701004469eb057c9d3e369eb057c9d3e5

Son xəbərlər
Digər xəbərlər