28 C
Baku
Wednesday, June 26, 2024

Azərbaycana maliyyə axınları artıb

2023-cü ilin dördüncü rübü ərzində Azərbaycana maliyyə axınlarının həcmi 43.3 mlrd. manata çatıb.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.4% və ya 4.8 mlrd. manat çoxdur.

Qeyd edilib ki, 2023-cü ilin dördüncü rübündə iqtisadi aktivlik indeksi ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.6% artıb.

2023-cü ilin dördüncü rübündə ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə (32.9%), topdan və pərakəndə ticarət (13.6%) və tikinti (9.9%) olub. Daxilolmalarda ötən ilin müvafiq dövrünə nəzərən artıma ən yüksək töhfə verən iqtisadi fəaliyyət sahələri isə dövlət idarəetməsi və müdafiə (1.9 mlrd. manat artım) və nəqliyyat və anbar təsərrüfatı (1.8 mlrd. manat artım) sahələri olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər