6 C
Baku
Saturday, December 14, 2024

Azərbaycana milli valyutada xarici borc təklif olunur

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanda layihələrin manatla maliyyələşdirilməsində maraqlıdır.

Bunu QDTİB-nin Azərbaycanın biznes və bank dairələri üçün təqdimatında bankın prezidenti İhsan Uğur Delikanlı deyib.

Onun sözlərinə görə, bu proses QDTİB tərəfindən manat istiqrazlarının buraxılışı yolu ilə mümkün ola bilər.

Trend-in məlumatına görə, İ.U.Delikanlı qeyd edib ki, bu cür iş 3 ölkədə həyata keçirilir: “Hazırda biz bu məsələ ilə bağlı Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə çalışırıq. İstiqrazların buraxılış həcmi onlara olan tələbatdan asılı olacaq”.

O, həmçinin bildirib ki, QDTİB layihələrin orta və qısamüddətli maliyyələşdirilməsini, korporativ kreditləşmə və digər təminatlar təklif edir: “Bizim əsas təkliflərimiz Azərbaycanın qeyri-neft sektorunun inkişafına yönəlib”.

Son xəbərlər
Digər xəbərlər