Ötən il ölkəyə idxal olunan minik avtomobillərinin sayında 67,3 % artım qeydə alınıb.
Banker.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ında yer alıb.
Hesabatda qeyd edilib ki, 2021-ci ildə ölkəyə idxal olunan minik avtomobillərinin sayı 2020-ci illə müqayisədə 34117 ədəd və ya 67,3 faiz artıb. Bunun nəticəsində həmin avtomobillərə tətbiq olunan idxal üzrə gömrük rüsumlarının məbləğində də artım qeydə alınıb.