8 C
Baku
Tuesday, January 21, 2025

Azərbaycana ötən il Hindistan, Cənubi Koreya və Çindən gələnlərin sayı kəskin artıb

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2024-cü ildə Azərbaycan Respublikasına dünyanın 196 ölkəsindən 2626,7 min və ya əvvəlki illə müqayisədə 25,9 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin 27,8 faizi Rusiya Federasiyası, 16,2 faizi Türkiyə, 9,3 faizi Hindistan, 8,0 faizi İran, 4,2 faizi Gürcüstan, 3,7 faizi Səudiyyə Ərəbistanı, 3,3 faizi Qazaxıstan, 3,1 faizi Pakistan, hər birindən 1,8 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Özbəkistan, 1,7 faizi Çin, 1,4 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, 1,2 faizi Küveyt, 1,1 faizi İsrail, hər birindən 1,0 faiz olmaqla Belarus və Böyük Britaniya, 12,1 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 67,3 faizini kişilər, 32,7 faizini qadınlar təşkil etmişdir.

Banker.az DSK-ya istinadən xəbər verir ki, 2023-cü illə müqayisədə Hindistandan gələnlərin sayı 2,1 dəfə, İspaniyadan – 2,0 dəfə, Cənubi Koreyadan – 1,9 dəfə, Çindən – 1,9 dəfə, Qırğızıstandan – 49,6 faiz, Qazaxıstandan – 48,6 faiz, Pakistandan – 46,7 faiz, Filippindən – 44,3 faiz, Omandan – 41,6 faiz, İordaniyadan – 39,7 faiz, Polşadan – 37,0 faiz, ABŞ-dan – 35,1 faiz, İtaliyadan – 35,1 faiz, Almaniyadan – 27,4 faiz, İrandan – 27,2 faiz, Niderlanddan – 27,1 faiz, Türkmənistandan – 27,0 faiz, Tacikistandan – 21,7 faiz, Səudiyyə Ərəbistanından – 21,6 faiz, Yəməndən – 21,0 faiz, Fransadan – 20,0 faiz, Böyük Britaniyadan – 19,2 faiz, Misirdən – 17,2 faiz, Rusiya Federasiyasından – 17,0 faiz, Özbəkistandan – 17,0 faiz, Ukraynadan – 15,6 faiz, Türkiyədən – 12,7 faiz, Moldovadan – 11,8 faiz artıb.

2023-cü illə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 34,9 faiz artaraq 112,3 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 21,4 faiz artaraq 425,0 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 18,8 faiz artaraq 979,0 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,6 faizi hava, 23,1 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.

2023-cü illə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 15,5 faiz artaraq 2158,9 min nəfər olmuşdur. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 32,0 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 11,6 faiz, Gürcüstana gedənlərin sayı 11,5 faiz, Türkiyəyə gedənlərin sayı 8,5 faiz artmışdır. Azərbaycan Respublikası vətəndaşlarının 41,0 faizi Türkiyəyə, 20,7 faizi Rusiya Federasiyasına, 8,7 faizi Gürcüstana, 8,7 faizi İrana, 20,9 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 63,8 faizini kişilər, 36,2 faizini qadınlar təşkil edib.

2024-cü ildə xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 69,4 faizi hava, 28,5 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Son xəbərlər
Digər xəbərlər