2023-cü ildə Azərbaycana xaricdən köçürülmüş 1 milyard 655 milyon ABŞ dollarının 1 milyard 47 milyon dolları Rusiyanın payına düşüb.
Bunu Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
Onun sözlərinə görə, növbəti yerlərdə Türkiyə (164 milyon ABŞ dolları), ABŞ (73.8 milyon ABŞ dolları), Gürcüstan (37.5 milyon ABŞ dolları), Böyük Britaniya (33.2 milyon ABŞ dolları) qərarlaşıb.