15 C
Baku
Monday, May 6, 2024

Azərbaycana ötən il xaricə pomidor satışından 162 milyon dollar valyuta daxil olub

2023-cü ildə Azərbaycandan 161 milyon 984 min dollar dəyərində 140 588 ton pomidor ixrac olunub.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 3.4%, miqdar ifadəsilə 0.6% azalıb.

2022-ci ildə Azərbaycandan 167 milyon 609 min dollar dəyərində 141 419 ton pomidor ixrac olunmuşdu.

1 ton pomidorun orta ixrac qiyməti 1185 dollardan 1152 dollara düşüb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər