15 C
Baku
Saturday, April 20, 2024

Azərbaycana paltaryuyan maşınların idxalı artıb

2021-ci ilin yanvar-avqust aylarında Azərbaycana paltaryuyan maşın idxalı 2020-ci ilin analoji dövrü ilə müqayisədə 39.1% artaraq 145.4 min ədədə çatıb.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Paltaryuyan maşınların idxalının ümumi dəyəri isə 31 milyon 254 min (artım 1.6 dəfə) təşkil edib.

Bundan başqa, qeyd olunan dövrdə kondisioner idxalı 1.3% artaraq 131.3 min ədədə yüksəlib. İdxalın ümumi dəyəri 33 milyon 679.5 min (artım 7.4%) təşkil edib.

Son xəbərlər
Digər xəbərlər