13 C
Baku
Wednesday, May 8, 2024

Azərbaycana pomidor ixracından daxil olan valyuta 140 milyon dollara yaxınlaşır

2022-ci ilin ilk 10 ayı ərzində Azərbaycandan 137 milyon 140 min dollar dəyərində 114 908 ton pomidor ixrac edilib.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatında bildirilir.

2021-ci ilin ilk 10 ayı ərzində Azərbaycandan 129 milyon 652 min dollar dəyərində 120 342 ton pomidor ixrac edilmişdi. Beləliklə, pomidor ixracı dəyər ifadəsilə 6% artıb, miqdar ifadəsilə 4.5% azalıb.

2022-ci ilin təkcə oktyabr ayında Azərbaycandan 2 milyon 861 min dollar dəyərində 2 554 ton pomidor ixrac edilib. Sentyabr ayında isə Azərbaycandan 50 min dollar dəyərində 52 ton pomidor ixrac edilmişdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər