18 C
Baku
Sunday, May 25, 2025

Azərbaycana pomidor ixracından daxil olan valyutanın məbləği azalıb

2025-ci ilin yanvar-martında Azərbaycandan 44 milyon 570 min dollar dəyərində 36 101 ton pomidor ixrac olunub.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1% azalıb, miqdar ifadəsilə 12.3% artıb.

2024-cü ilin eyni ayında Azərbaycandan 45 milyon 41 min dollar dəyərində 32 149  ton pomidor ixrac olunmuşdu.

Bu il ümumi ixracının 0.70%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 5.77%-i pomidorun payına düşüb.

Son xəbərlər
Digər xəbərlər