Azərbaycana pul köçürmələr son iki ildə 47% azalıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycana xaricdən daxil olan pul baratlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 22,5%, 2014-cü ilin ilk yarısına nisbətən isə 47,1% azalıb. 

Bu barədə Azərbaycan Mərkəzi Bankının yarımillik pul siyasəti icmalında bildirilib.

İcmala əsasən, 2016-cı ilin ilk 6 ayı ərzində ölkəyə xaricdən 423 mln. ABŞ dolları məbləğində pul köçürmələri olub. Bu rəqəm 2015-ci ilin ilk yarısında 546 mln. dollar, 2014-cü ilin ilk 6 ayında isə 799 mln. dollar təşkil edib.

Pul baratlarının azalması Azərbaycanla başlıca tərəfdaş ölkələrdə iqtisadi aktivliyin zəif olması ilə izah edilir.

Report

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər