Azərbaycana pul köçürmələri azalır

Son illər Azərbaycana pul köçürmələrinin azaldığı bildirilir.

“Turan” İnformasiya Agentliyi Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin yanvar-iyun aylarında Azərbaycana 423 milyon dollar pul köçürülüb.

Xəbərdə qeyd edilir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 22.5, 2014-cü illə müqayisədə isə 47 faiz azdır.

Ekspertlərin fikrincə, bu azalma Azərbaycana pul göndərilən əsas ölkələrdə (Rusiya, Qazaxıstan, Ukrayna) əlverişsiz iqtisadi vəziyyətlə bağlıdır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər