Azərbaycanın 2023-cü ilin ilk üç rübündə gəlmə və getmə turizmi üzrə gəlir və xərcləri məlum olub.
Banker.az-ın əldə etdiyi məlumata əsasən, ilk üç rübdə xaricdən Azərbaycana gələn turistlər 1 milyard 769.01 milyon manat (1 mlrd. 40.6 mln. ABŞ dolları) xərc çəkdikləri halda, Azərbaycandan xaricə gedən turistlər 1 mlrd. 87.7 mln. manat xərc çəkiblər.
Gəlmə turistlərin xərcləri illik müqayisədə 79 faiz artdığı halda, getmə turizminin 53 faiz artmış olub.
Beləliklə, xariclə turizm balansında 681.35 mln. manat və ya cari məzənnə ilə 400.8 mln. dollar müsbət saldo yaranıb.
2023-cü ilin ilk üç rübündə Azərbaycana gələn 1 milyon 535.8 min əcnəbinin 68 faizi və ya 1 milyon 44.3 min nəfəri turizm məqsədi ilə səfər edib. 2022-ci ilin müvafiq periodunda 1 milyon 162.7 min nəfər əcnəbi gəlmişdi və bunun da 787.8 min nəfəri turizm məqsədi ilə gəlmişdilər.
Azərbaycana 2023-cü ilin yanvar-sentyabr aylarında turizm məqsədilə səfər etmiş əcnəbilərin çəkdiyi xərclər | |
Ölkə | Xərc, min manat |
Cəmi | 1,769,086.2 |
Rusiya Federasiyası | 592,222.6 |
Hindistan | 155,481.8 |
Türkiyə | 146,149.0 |
Səudiyyə Ərəbistanı | 143,090.3 |
Birləşmiş Ərəb Əmirlikləri | 68,346.4 |
Digər ölkələr | 67,003.3 |
Pakistan | 59,704.8 |
Qazaxıstan | 58,147.6 |
İsrail | 52,479.2 |
Küveyt | 50,939.2 |
Gürcüstan | 32,419.0 |
Özbəkistan | 29,454.1 |
Böyük Britaniya | 28,364.7 |
Oman | 27,169.2 |
ABŞ | 26,803.4 |
Çin | 25,326.0 |
Almaniya | 22,542.3 |
Ukrayna | 18,742.7 |
Belarus | 13,592.4 |
İtaliya | 11,491.8 |
Türkmənistan | 10,692.0 |
Bəhreyn | 9,272.3 |
İran | 9,173.6 |
Cənubi Koreya | 9,062.6 |
Misir | 7,972.7 |
Polşa | 7,965.5 |
Filippin | 7,381.7 |
Fransa | 7,181.5 |
İordaniya | 6,748.3 |
Qətər | 6,169.6 |
Kanada | 5,195.6 |
İspaniya | 5,070.7 |
Niderland | 4,804.6 |
Avstraliya | 3,202.0 |
Yəmən | 3,161.3 |
Tacikistan | 3,073.2 |
İsveç | 2,861.0 |
Qırğızıstan | 2,855.4 |
Macarıstan | 2,841.1 |
Şri-Lanka | 2,799.2 |
Latviya | 2,796.0 |
Avstriya | 2,753.4 |
Litva | 2,731.4 |
Yaponiya | 2,691.1 |
İsveçrə | 2,339.6 |
Rumıniya | 2,050.4 |
Norveç | 1,977.9 |
Bolqarıstan | 1,678.6 |
Moldova | 1,623.3 |
İraq | 982.3 |
Suriya | 508.5 |