10 C
Baku
Wednesday, November 13, 2024

Azərbaycana saxta dollarlar daşıyan gürcü saxlanıldı

DİN məlumat yaydı.

Gürcüstan vətəndaşı “Qırmızı körpü” (Gürcüstan-Azərbaycan sərhəddi) sərhəd-keçid məntəqəsində saxlanılıb. O, 194,4 min ABŞ dolları həcmində saxta pulun saxlanılması və satılmasında ittiham edilir.

Oxu.Az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkə DİN-nin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, saxta dollar əskinazları 1994-cü il təvəllüdlü Qoçi Ç., şəxsi əşyalarının yoxlanması zamanı aşkar edilib. Saxlanılan şəxs günahını etiraf edib.

Gürcüstanın CM-nin 212-ci maddəsinin 2-ci bəndinə əsasən (böyük məbləğdə saxta bank əskinaslarının, metal sikkələrin, qiymətli kağızların və valyutanın satış məqsədilə hazırlanması, saxlanılması) cinayət işi açılıb.

Bu maddəyə əsasən cəza qismində dörd ildən yeddi ilə qədər azadlıqdan məhrum etmə nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər