Azərbaycanda kargo şirkətləri ilə bağlı araşdırma aparılıb. Araşdırmada insanların ən ucuz və bahalı hesab etdikləri kargo şirkətlərinin adları açıqlanıb.
Banker.az xəbər verir ki, araşdırmaya görə, 31% insan Expargo, 23% Starex, 20% Limak, 30% Kango.az, 21% Mover.az, 31% 166.karqo, 17% Dynamex, 42% KargoFly, 29 % Vadi və 7% Camex-in daha ucuz olduğunu bildirib.
Bunun əksinə bu kargo şirkətlərinin daha bahalı olduğunu düşünənlərdə var ki, bunlardan 41%-i 166.kargo, 41% Mover.az, 36% Camex, 45% Limak, 24% Dynamex, 19% Kango.az, 50% Vadi Kargo, 50% Starex, 29% KargoFly, 33% Expargo-nun bahalı olduğunu bildirib.
Qeyd edək ki, sifariş üçün ən az seçilən kargo şirkətləri Mover.az (10%) və 166
Kargo-dur (10%).