2024-cü ilin yanvar ayında Azərbaycana məişət soyuducularının və paltaryuyan maşınların idxalı artıb.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin ilk ayında Azərbaycana 1 milyon 461 min dollar dəyərində 4 425 ədəd məişət soyuducuları idxal edilib ki, bu da illik müqayisədə miqdar olaraq 4.2 dəfə, məbləğ olaraq isə 3.3 dəfə çoxdur.
Cari ilin yanvarında Azərbaycana 4 milyon 730 min dollar dəyərində 19 827 ədəd paltaryuyan maşınlar idxal edilib ki, bu da, miqdar olaraq 40%, məbləğ olaraq 65.3% çoxdur.
2024-cü ilin yanvarında Azərbaycana məişət kondisionerlərinin idxalı miqdar ifadəsilə 39.3% artaraq 4 363 ədəd təşkil edib.