26 C
Baku
Saturday, April 27, 2024

Azərbaycana soyuducuların idxalı 4 dəfədən çox artıb

2024-cü ilin yanvar ayında  Azərbaycana məişət soyuducularının və paltaryuyan maşınların idxalı artıb.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin ilk ayında Azərbaycana 1 milyon 461 min dollar dəyərində 4 425 ədəd məişət soyuducuları idxal edilib ki, bu da illik müqayisədə miqdar olaraq 4.2 dəfə, məbləğ olaraq isə 3.3 dəfə çoxdur.

Cari ilin yanvarında Azərbaycana 4 milyon 730 min dollar dəyərində 19 827 ədəd paltaryuyan maşınlar idxal edilib ki, bu da, miqdar olaraq 40%, məbləğ olaraq 65.3% çoxdur.

2024-cü ilin yanvarında Azərbaycana məişət kondisionerlərinin idxalı miqdar ifadəsilə 39.3% artaraq 4 363 ədəd təşkil edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər