Yaşı 18-dək olan şəxslərin hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına girişinə icazə verilmə qaydası dəyişib.
Bu, Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb.
Qərara əsasən, Azərbaycana giriş üçün COVID-19-a dair PCR testinin təqdim etmək tələbi ləğv olunub.
Bundan əvvəl 18 yaş arasında olan şəxslərə münasibətdə – yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilirdi.
Eyni zamanda yaşı 18-dək olan şəxslər COVİD-19 pasportu olmadan da Azərbaycana daxil ola biləcək.