5 C
Baku
Friday, March 29, 2024

Azərbaycana təyyarə ilə gələn yaşı 18-dək olan şəxslərdən COVİD pasportu tələb olunmayacaq

Yaşı 18-dək olan şəxslərin hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına girişinə icazə verilmə qaydası dəyişib.

Bu, Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb.

Qərara əsasən, Azərbaycana giriş üçün COVID-19-a dair PCR testinin təqdim etmək tələbi ləğv olunub.

Bundan əvvəl 18 yaş arasında olan şəxslərə münasibətdə – yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilirdi.

Eyni zamanda yaşı 18-dək olan şəxslər COVİD-19 pasportu olmadan da Azərbaycana daxil ola biləcək.

Son xəbərlər
Digər xəbərlər