12 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycana turist axının yüksəlməsi balansda $400 mln. qalıq yaradıb

2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 42.7% artaraq 2.8 milyard ABŞ dolları təşkil edib.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankının Tədiyyə balansına dair hesabatına istinadən xəbər verir.

Hesabat dövründə turizm xidmətləri üzrə ixrac 1.6 milyard dollar, idxalı 1.2 milyard dollar olub. Beləliklə ixrac idxalı üstələyərək 0.4 milyard dollarlıq profisit yaradıb.

Bu müddət ərzində xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 18.9%, ölkəyə gələn xarici vətəndaşların sayı isə 29.1% artıb.

Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə göstərilən turizm xidmətlərinin ümumi həcmi 1.2 milyard dollar olub. Bunun 78.4%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlıdır (məktub idxalı ilə əlaqədar vəsaitlər istisna olmaqla).

DSK-nin məlumatına əsasən isə…

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasına dünyanın 186 ölkəsindən 1 milyon 983.3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 29.1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.

Gələnlərin 28.4 faizi Rusiya Federasiyası, 16.2 faizi Türkiyə, 9.1 faizi Hindistan, 8.1 faizi İran, 4.2 faizi Səudiyyə Ərəbistanı, 4.1 faizi Gürcüstan, 3.3 faizi Qazaxıstan, 2.9 faizi Pakistan, hər birindən 1.7 faiz olmaqla Özbəkistan, Çin və Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1.4 faiz olmaqla Küveyt və Ukrayna, hər birindən 1.2 faiz olmaqla İsrail və Türkmənistan, 1.1 faizi Oman, 1.0 faizi Belarus, 11.3 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 66.8 faizini kişilər, 33.2 faizini qadınlar təşkil etmişdir.

Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2.3 dəfə, Cənubi Koreyadan – 2.0 dəfə, Çindən – 1.9 dəfə, İspaniyadan – 1.9 dəfə, Filippindən – 1.6 dəfə, Qırğızıstandan – 1.6 dəfə, Qazaxıstandan – 1.6 dəfə, Pakistandan – 1.5 dəfə, Omandan – 1.5 dəfə, İordaniyadan – 41.3 faiz, İrandan – 38.4 faiz, İtaliyadan – 36.2 faiz, Polşadan – 35.7 faiz, Türkmənistandan – 30.2 faiz, Səudiyyə Ərəbistanından – 28.1 faiz, Yəməndən – 25.3 faiz, ABŞ-dan – 21.8 faiz, Almaniyadan – 21.6 faiz, Özbəkistandan – 20.8 faiz, Misirdən – 20.1 faiz, Rusiya Federasiyasından – 18.4 faiz, Ukraynadan – 18.2 faiz, Türkiyədən – 17.2 faiz, Fransadan – 17.0 faiz, Küveytdən – 16.4 faiz, Moldovadan – 12.3 faiz, Tacikistandan – 11.2 faiz, Gürcüstandan – 10.6 faiz, Böyük Britaniyadan – 10.0 faiz, Bəhreyndən – 10.0 faiz artmışdır.

2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 32.2 faiz artaraq 81.8 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 31.4 faiz artaraq 337.8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 20.6 faiz artaraq 748.5 min nəfər olmuşdur.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76.0 faizi hava, 22.8 faizi dəmir yolu və avtomobil, 1.2 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 18.9 faiz artaraq 1647.1 min nəfər olmuşdur. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 36.6 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 15.2 faiz, Gürcüstana gedənlərin sayı 14.3 faiz, Türkiyəyə gedənlərin sayı 12.2 faiz artmışdır. Azərbaycan Respublikası vətəndaşlarının 42.1 faizi Türkiyəyə, 20.5 faizi Rusiya Federasiyasına, 8.7 faizi Gürcüstana, 8.5 faizi İrana, 20.2 faizi digər ölkələrə səfər etmişdir.  Gedənlərin 64.0 faizini kişilər, 36.0 faizini qadınlar təşkil etmişdir.

2024-cü ilin yanvar-sentyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 69.8 faizi hava, 28.0 faizi dəmir yolu və avtomobil, 2.2 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

Son xəbərlər
Digər xəbərlər