12 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycana turizmdən ₼1.1 mlrd. valyuta daxil olub – Turizm balansı profisitlidir

Azərbaycanda 2023-cü ilin 9 ayında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 49.4% artaraq 2 mlrd dollar təşkil edib.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankının Tədiyə Balansı ilə bağlı statistik bülleteninə istinad edir.

Hesabat dövründə turizm xidmətləri üzrə ixracı 1.1 mlrd dollar (xaricdən ölkəyə gəlib pul xərcləyən) , idxalı 0.9 mlrd dollar (ölkədən xaricə gedib pul xərcləyən) olub. Beləliklə, ixracın idxalı üstələməsi nəticəsində 0.2 mlrd dollar həcmində profisit yaranıb.

Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 24.7%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 32.1% artmışdır.

Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 0.9 mlrd dollar olub.

Bunun 73.8%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla).

Son xəbərlər
Digər xəbərlər