2020-ci ilin dekabrın 10-da Bakı Nəqliyyat Agentliyi (BNA) ilə qardaş Türkiyənin “BMC” şirkəti arasında imzalanan müqaviləyə əsasən yeni alınan avtobusların 150 ədədi paytaxta gətirilib. Müasir sərnişindaşıma tələblərinə tam cavab verən və “Avro 6” standartına uyğun avtobusların hamısı 12 metrlikdir.
Yaxın vaxtlarda müqavilədə nəzərdə tutulan 170 ədəd 9 metrlik avtobusların istehsalçı şirkət tərəfindən şəhərimizə çatdırılması prosesinə başlanılacaq.
Avtobus parkının yenilənməsinə paralel sərnişindaşımalarda nağdsız ödəniş sisteminin əhatəsinin genişləndirilməsi işləri də davam etməkdədir. Cari ildə ümumilikdə 578 avtobus “BakıKart”a inteqrasiya edilib.