7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycana Türkmənistandan nə qədər svop qazı tədarük ediləcək?

Azərbaycan, İran və Türkmənistan illik 1,5 – 2 milyard kubmetr qazın svop tədarükü barədə razılaşma imzalayıb.

Bu barədə İranın IRNA dövlət informasiya agentliyi məlumat yayıb.

İranın neft naziri Cavad Ovci bildirib ki, razılaşmaya əsasən, İran Türkmənistandan qaz alacaq və eyni həcmdə qazı Azərbaycana ötürəcək.

“Türkmənistanda imzalanmış üçtərəfli razılaşmaya görə, Türkmənistan Azərbaycana gündəlik 5-6 milyon kubmetr qaz satacaq”, – nazir IRNA-ya bildirib.

Müddətsiz müqavilənin icrasına bu il dekabrın 22-də başlanacaq.

“Mehr” yazır ki, türkmən qazını Azərbaycana ötürməklə İran özünün 5 vilayətinin qaza olan tələbatını ödəyəcək.

C.Ovci deyib ki, İran Türkmənistan ilə aralarında olan 1,8 milyard dollarlıq qaz borcu məsələsini həll etməyə çalışır.

Xatırladaq ki, ölkənin cənubunda böyük qaz ehtiyatlarına malik İran əsasən də qış aylarında şimal vilayətlərinin qaz təminatını həll etmək üçün 1997-ci ildən etibarən Türkmənistandan qaz idxal edir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər