13 C
Baku
Monday, September 30, 2024

Azərbaycana xam neftdən daxil olan vəsait 4 milyard dollardan çox azalıb

Xam neft ixracından Azərbaycana daxil olan valyuta 4 milyard 108 milyon 971 min dollar azalıb.

Banker.az Gömrük Komitəsinin Sentyabr hesabatına istinadən xəbər verir ki, 2020-ci ilin 9 ayı ərzində Azərbaycandan 7 milyard 158 milyon 91 min dollar dəyərində 21 milyon 832 min 533 ton xam neft ixrac edilib. Ötən ilin 9 ayında Azərbaycandan 11 milyard 267 milyon 62 min dollar dəyərində 23 milyon 254 min 22 ton xam neft ixrac edilmişdi.

Beləliklə, xam neft ixracı miqdar ifadəsilə 6%, dəyər ifadəsilə 36.5% azalıb.

Müqayisə olunan dövrdə təbii qaz ixracından gəlirlər 1 milyard 810 milyon 568 min dollardan 1 milyard 891 milyon 616 min dollara  yüksəlib (81 milyon 48 min dollar artıb).

Son xəbərlər
Digər xəbərlər