Bu ilin yanvarında Azərbaycan 2 692.19 ton ət idxal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17.5% artım deməkdir. İdxala xərclənən vəsait $4 mln. 882.72 min təşkil edib.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Qeyd edək ki, 2022-ci ilin yanvar ayında ölkənin xaricdən ət alışının həcmi 3 165.38 ton olmuşdu. Buna xərclənən vəsait isə $5 mln. 720.46 min idi.