Azərbaycana idxal edilən kərə yağı azalıb.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 1 ton kərə yağının orta statistik dəyəri ötən ilin ilk 8 ayında 5729 dollar ikən, cari ilin ilk 8 ayında 5571 dollar təşkil edib. Beləliklə, bu il 1 ton kərə yağının orta idxal qiyməti 158 dollar ucuzlaşıb.
2023-cü ilin yanvar-avqust aylarında Azərbaycana 60 milyon 265 min dollar dəyərində 10 818 ton kərə yağı idxal edilib.
Ötən ilin eyni dövründə 74 milyon 167 min dollar dəyərində 12 946 ton kərə yağı idxal edilmişdi. Belə ki, idxal edilən kərə yağının dəyəri 19%, miqdarı isə 16.4% azalıb.
Bildirək ki, 2023-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 18 053.4 ton kərə yağı istehsal edilib ki, bu, ötən ilin müvafiq göstəriciləri ilə müqayisədə 2.7% çoxdur.