Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 7 min 44 ton süd idxal edilib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu həcmdə südün dəyəri 9 milyon 792 min ABŞ dolları təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3 milyon 303 min ABŞ dollar (22.3% ) və 631 ton (8.2%) azdır.
Hesabat dövründə süd idxalı Azərbaycanın ümumi idxalının 0.12 %-ini təşkil edib.