2025-ci ilin ilk 10 ayında banan idxalının həcmi 45.48 min ton təşkil edərək 2024-cü ilin 48.31 min tonuna nisbətən azalıb, lakin idxal dəyəri artaraq 45.34 mln. dolları ötüb.
Banker.az xəbər verir ki, 2024-cü ildə 39.99 mln. dollarlıq banan idxal edilmişdi.
İdxal dəyərinin idxal miqdarından daha yuxarı artım dinamikasına səbəb orta qiymətin artmasıdır. Belə ki, 2024-cü ildə ton başına təxminən 823 dollar olan orta qiymət 2025-ci ildə 997 dollar ətrafına yüksəlib.
Ən böyük tədarükçü Ekvadordur. 2025-ci ildə bu ölkədən 45.18 min ton banan gətirilib və dəyəri 45.01 mln. dollar olub, 2024-cü illə müqayisədə həcmi bir qədər azalsa da, dəyər baxımından artım müşahidə olunub.
Kosta-Rikadan idxal isə 239.95 ton təşkil edərək 248.17 min dollar dəyərində olub, əvvəlki ilin 229.32 ton və 192.69 min dollarla müqayisədə həm həcmi, həm də dəyəri yüksəlib.








