5 C
Baku
Saturday, December 14, 2024

Azərbaycana xaricdən konsaltinq xidmətləri üzrə gəlirdən $32 milyon valyuta daxil olub

Azərbaycana 2022-ci ildə ümumilikdə 47 milyon 520 min ABŞ dolları peşəkar və idarəetmə konsaltinq xidmətləri idxal edilib.

Banker.az xəbər verir ki, bu da illik müqayisədə 43 faiz artımdır. Lakin bu xidmətlər üzrə ölkəyə valyuta daxil olması daha kəskin yüksəlib.

Əvəzində Azərbaycandan xaricə 32 milyon 149 min dollarlıq bu xidmət üzrə ixrac olub. Azərbaycanın peşəkar və idarəetmə konsaltinq xidmətləri üzrə ixracı illik  2.4 dəfə yüksəlib.

Qeyd edək ki, bu, IMF, UNSD, Eurostat, UNCTAD və WTO kimi təşkilatların statistikalarının vahid portalında bildirilir.

Son xəbərlər
Digər xəbərlər