2018-ci ilin I rübündə ölkəyə daxil olan pul baratları 291.6 mln. ABŞ dolları təşkil edib.
Banker.az Mərkəzi Bankın “Pul siyasəti icmalı”na istinadən xəbər verir ki, iqtisadi tərəfdaş ölkələrində yaranmış vəziyyət qeyri-neft ixracı ilə yanaşı ölkəyə daxil olan pul baratlarının dinamikasına da təsir göstərib. Nəticədə ölkəyə xarici valyuta göndərişi artıb.
Müqayisə üçün bildirək ki, ötən ilin birinci rübündə ölkəyə daxil olan pul baratları 201,8 mln. ABŞ dolları təşkil edib. Bu da 1 il əvvəllə müqayisədə 44,5% artım deməkdir.