“Azərbaycan Dəmir Yolları” (ADY) QSC bu ilin sonuna kimi “KİSS” markalı iki elektrik qatarı alacaq. Banker.az İnterfaksa istinadla bildirir ki, bu barədə Hökümətdən verilən məlumatda deyilir.
ADY-nin 20 sərnişin qatarı, “KİSS” markalı 4 iki mərtəbəli elektrik qatarının, həmçinin istismar avadanlığının alınıb Azərbaycana gətirilməsinə dair sazişləri var. “Bu ilin sonuna kimi Azərbaycana 2 elektrik qatarın gətirilməsi planlaşdırılır”,-hökümətdə qeyd olunur.
Cəmiyyət elektrik qatarları və vaqonları gələcəkdə Bakı-İstambul dəmir yolu reysində və Azərbaycandan digər beynəlxalq istiqamətlərdə istifadə etməyi planlaşdırır.