23 C
Baku
Friday, April 26, 2024

Azərbaycana yeni gətirilən hər 10 qaz sayğacından 9-u Çinindir

Azərbaycan 2021-ci ilin yanvar-aprel aylarında idxal etdiyi qaz sayğaclarının 95%-ni Çindən gətirib.

Bu barədə Banker.az rəsmi statistik göstəricilərə istinadən xəbər verir.

2021-ci ilin yanvar-aprel aralığında ölkənin xaricdən idxal etdiyi qaz sayğaclarının həcmi 315 min ədəd təşkil edib. Bu isə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə düz dörd dəfə artım dinamikasıdır.

Azərbaycandan idxal etdiyi bu qaz sayğaclarına görə xaricə ilin ilk dörd ayında  11.73 milyon dollar həcmində valyuta axını baş verib.

Ölkə idxal etdiyi qaz sayğaclarının 300 mindən yuxarı ədədini Çindən idxal edib ki, bu da 11.2 milyon dollar idxal dəyərini əhatə edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər