5 C
Baku
Saturday, December 14, 2024

Azərbaycandə orta aylıq əməkhaqqı 920 manata yüksəlib

2023-cü ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11.2 faiz artaraq 920 manat olub.

Banker.az Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən xəbər verir ki,  İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

2023-cü il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1719.8 min nəfər olmuş, onlardan 890.9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 828.9 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Son xəbərlər
Digər xəbərlər