“Qaradağ Maşınqayırma” ASC 2025-ci ili 42,8 min manat xalis zərərlə başa vurub.
Banker.az xəbər verir ki, 2024-cü ildə şirkətin zərəri 30,2 min manat olub. Beləliklə, xalis zərərin həcmi illik müqayisədə 41,8% artıb. Şirkətin əməliyyat zərəri də 30,2 min manatdan 42,8 min manata yüksəlib.
Şirkətin satış gəlirləri 2025-ci ildə 8% artaraq 186,8 min manatdan 201,8 min manata çatıb. İşçi heyəti üzrə xərclər 48,7% artaraq 177,7 min manat, amortizasiya xərcləri 20,6% azalaraq 2,3 min manat olub. Sair əməliyyat xərcləri isə 31,7% azalaraq 94,7 min manatdan 64,7 min manata düşüb. Hesabatda göstərilən əməliyyat xərclərinin ümumi həcmi 12,7% artaraq 217 min manatdan 244,7 min manata yüksəlib.
“Qaradağ Maşınqayırma” neft-qaz sənayesi üçün avadanlıq və ehtiyat hissələrinin istehsalı, eləcə də onların əsaslı təmiri üzrə fəaliyyət göstərir. Müəssisə 2002-ci ilə qədər SOCAR-ın “Maşınqayırma” İstehsalat Birliyinin tərkibində fəaliyyət göstərib, 2004-cü ildən özəlləşdirilmiş açıq səhmdar cəmiyyəti kimi fəaliyyətini davam etdirir. Şirkətin nizamnamə kapitalı 243,5 min manatdır.







