Bu il noyabrın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 6,2% artaraq 654 465 təşkil edib.
Dövlət Vergi Xidmətindən verilən məlumata görə, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 15,6% artıb və 33 700-ə çatıb.
Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 7,9% artaraq 180 292-yə çatıb.