İqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi Twitter səhifəsində 2022-ci ilin yanvar-sentyabr aylarında tədiyyə növləri üzrə vergi daxilolmalarında ötən ilin müvafiq dövrü ilə müqayisədə olan artımlar haqda paylaşım edib.
Banker.az xəbər verir ki, mədən vergisi üzrə daxilolmalar 100.2%, mənfəət vergisi üzrə 48.2%, ƏDV üzrə 27.8%, əmlak vergisi üzrə 24.6%, fiziki şəxslərin gəlir vergisi üzrə 22.4%, yol vergisi üzrə 15.8%, aksiz üzrə 15.3%, torpaq vergisi üzrə 11.5%, sadələşdirilmiş vergi üzrə daxilolmalar isə 10.1% artıb.